15 yanvar 2026. Cümə axşamı

Afrika Millətlər Kuboku: Mərakeş Tanzaniyanı minimal hesabla məğlub edərək 1/4 finala yüksəldi


Afrika Millətlər Kuboku: Mərakeş Tanzaniyanı minimal hesabla məğlub edərək 1/4 finala yüksəldi

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində Mərakeş və Tanzaniya milli komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Mərakeşin paytaxtı Rabatda yerləşən “Şahzadə Moulay Abdellah” stadionunda baş tutub. Matçda minimal hesablı qələbə qazanan tərəf Mərakeş yığması olub – 1:0. Oyunda yeganə qolu 64-cü dəqiqədə Mərakeş millisinin hücumçusu Brahim Dias vurub.

Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir və komandalar altı qrupa bölünüb. Yarış 18 yanvar tarixinədək davam edəcək.

Afrika Millətlər Kubokunun son qalibi Kot-d’İvuar yığmasıdır. Sözügedən komanda 2023-cü il turnirinin finalında Nigeriya millisinə 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanmışdı.







Dünya çempionatı