12 fevral 2026. Cümə axşamı

Afrika Millətlər Kuboku: Kamerun CAR-ı məğlub edərək 1/4 finala yüksəldi


Afrika Millətlər Kuboku: Kamerun CAR-ı məğlub edərək 1/4 finala yüksəldi

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) və Kamerun milli komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, matç Mərakeşin paytaxtı Rabatda yerləşən “Əl-Mədinə” stadionunda baş tutub. Görüşün baş hakimi Keniyadan olan Piter Vaveru Kamaku olub. Qarşılaşma Kamerun yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 34-cü dəqiqədə Kamerun millisinin yarımmüdafiəçisi Junior Çamadyu açıb. 47-ci dəqiqədə hücumçu Kristian Kofane fərqi iki topa çatdırıb. Matçın sonlarına yaxın, 88-ci dəqiqədə CAR millisinin hücumçusu Evidens Makqopa bir qolla fərqlənsə də, bu, komandası üçün məğlubiyyətdən xilas olmaq üçün yetərli olmayıb.

Bu nəticə ilə Kamerun yığması 1/4 finala yüksəlib. Kamerun növbəti mərhələdə turnirin ev sahibi olan Mərakeş millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir və onlar altı qrupa bölünüb. Yarış 18 yanvar tarixinədək davam edəcək. Turnirin son qalibi Kot-d’İvuar yığmasıdır. Sözügedən komanda 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək çempion olub.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı