11 yanvar 2026. Bazar günü

Mərakeş Kamerunu məğlub edərək Afrika Millətlər Kubokunda yarımfinala yüksəlib


Mərakeş Kamerunu məğlub edərək Afrika Millətlər Kubokunda yarımfinala yüksəlib

Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Kamerun və Mərakeş yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Mərakeşin paytaxtı Rabatda yerləşən “Şahzadə Moulay Abdallah” stadionunda keçirilib. Matçın baş hakimi Beyda Damane olub.

Görüş Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Madrid “Real”ının yarımmüdafiəçisi və Mərakeş millisinin üzvü Brahim Dias dəqiq zərbə ilə komandasını irəli çıxarıb. İkinci hissədə, 74-cü dəqiqədə İsmail Saybari fərqi iki topa çatdıraraq matçın taleyini həll edib.

Bu nəticə ilə Mərakeş yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb. Komanda bu mərhələdə Əlcəzair – Nigeriya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edib. Yarış yanvarın 18-dək davam edəcək. Afrika Millətlər Kubokunun son qalibi Kot-d’İvuar millisidir. Həmin komanda 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub etmişdi.







Dünya çempionatı

Seneqal Sudana qalib gəldi
  • Dünya çempionatı
  • 22:28 03.01.2026
Seneqal Sudana qalib gəldi
Qabon milli komandası fəaliyyətini dayandırdı
  • Dünya çempionatı
  • 21:13 01.01.2026
Qabon milli komandası fəaliyyətini dayandırdı
"Fliki başa düşürəm, amma vicdanım təmizdir"
  • Dünya çempionatı
  • 20:15 31.12.2025
"Fliki başa düşürəm, amma vicdanım təmizdir"