25 fevral 2026. Çərşənbə

Afrika Millətlər Kuboku: Nigeriya Əlcəzairi məğlub edərək yarımfinala yüksəldi


Afrika Millətlər Kuboku: Nigeriya Əlcəzairi məğlub edərək yarımfinala yüksəldi

Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, bu mərhələdə Əlcəzair və Nigeriya milli komandaları üz-üzə gəlib.

 Qarşılaşma Mərakeşin Marakeş şəhərində yerləşən “Marrakeş” stadionunda baş tutub.

Görüş Nigeriya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab oyunun 47-ci dəqiqəsində hücumçu Viktor Osimhen tərəfindən açılıb. 57-ci dəqiqədə isə forvard Akor Adams fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.

Bu nəticə ilə Nigeriya millisi yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinal mərhələsində yanvarın 14-də turnirin ev sahibi Mərakeş yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Yarış yanvarın 18-dək davam edəcək. Afrika Millətlər Kubokunun son qalibi Kot-d’İvuar millisidir. Sözügedən komanda 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub etmişdi.







Dünya çempionatı

Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı