29 iyun 2026. Bazar ertəsi

Afrika Millətlər Kuboku: Seneqal Misiri məğlub edərək finala yüksəldi


Afrika Millətlər Kuboku: Seneqal Misiri məğlub edərək finala yüksəldi

Afrika Millətlər Kubokunun yarımfinal mərhələsində Seneqal və Misir yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Mərakeşin Tanjer şəhərindəki “Stad İbn-Batuta” stadionunda keçirilən qarşılaşmada 1:0 hesablı qələbə qazanan Seneqal millisi finala yüksəlib. Matçın taleyini 78-ci dəqiqədə Sadio Manenin uzaq məsafədən vurduğu baxımlı qol həll edib.

Finalda Seneqal yığması Nigeriya – Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku – 2025 Mərakeşdə keçirilir. Seneqal millisi 1/4 finalda Malini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Misir yığması isə bu mərhələdə Kot-d’İvuar üzərində 3:2 hesablı qələbə qazanıb.

Turnirin son qalibi Kot-d’İvuar yığmasıdır. Komanda 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi