15 yanvar 2026. Cümə axşamı

Afrika Millətlər Kuboku: Finalda Mərakeş və Seneqal qarşılaşacaq


Afrika Millətlər Kuboku: Finalda Mərakeş və Seneqal qarşılaşacaq

Yanvarın 14-dən 15-nə keçən gecə Afrika Millətlər Kuboku–2026-nın yarımfinal mərhələsinin oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki,  Seneqal millisi Misiri minimal hesabla (1:0) məğlub edib. Digər yarımfinal görüşündə isə turnirin ev sahibi Mərakeş Nigeriya ilə əsas və əlavə vaxtı qolsuz başa çatan matçdan sonra penaltilər seriyasında üstün olub.

Beləliklə, üçüncü yer uğrunda qarşılaşmada Misir və Nigeriya milliləri üz-üzə gələcək. Turnirin finalında isə Afrika Millətlər Kubokunun qalibi adı uğrunda Mərakeş və Seneqal yığmaları mübarizə aparacaq.

Bürünc medal oyunu:
Misir — Nigeriya

Final oyunu:
Seneqal — Mərakeş

Üçüncü yer uğrunda görüş 17 yanvar, şənbə günü keçiriləcək. Turnirin qalibi isə 18 yanvar, bazar günü baş tutacaq final matçında müəyyənləşəcək.







Dünya çempionatı