- Dünya çempionatı
- 23:07 15.01.2026
Afrika Futbol Konfederasiyası Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoonu intizam qaydalarını pozduğuna görə cəzalandırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Yayılmış açıqlamaya əsasən, vaxtilə “Barselona”nın formasını geyinmiş sabiq hücumçu Kamerun millisinin iştirakı ilə keçiriləcək 4 oyunluq diskvalifikasiya olunub və 20 min ABŞ dolları məbləğində cərimələnib. Qərar “uyğunsuz davranış” səbəbilə verilib.
Buna səbəb Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Kamerunun Mərakeşə 0:2 hesabı ilə uduzduğu oyunda Eto’O-nun mərakeşli həmkarına ünvanladığı ifadə və jestlər olub.