3 mart 2026. Çərşənbə axşamı

Almaniya 2026-cı il dünya çempionatını boykot edə bilər


Almaniya 2026-cı il dünya çempionatını boykot edə bilər

Almaniya parlamentinin üzvü Yürgen Hardt 2026-cı il futbol üzrə dünya çempionatının Almaniya tərəfindən boykot edilə biləcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, siyasətçi bu ehtimalı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi ilə əlaqələndirib.Hardtın sözlərinə görə, belə bir addım yalnız son çıxış yolu kimi dəyərləndirilə bilər:

“Dünya çempionatından imtina yalnız Trampı Qrenlandiya məsələsində mövqeyinə yenidən baxmağa vadar etmək üçün ekstremal tədbir ola bilər. Turnirin onun üçün böyük siyasi və imic əhəmiyyəti var”, – deyə Bild nəşri məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üzərində nəzarət qurmaq niyyətini açıqlayıb. Bu addım bölgədə raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planları ilə izah olunur.

Xatırladaq ki, futbol üzrə 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Son dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında argentinalılar Fransa yığmasını penaltilər seriyasında məğlub ediblər.







Dünya çempionatı

Bellinqem Dünya Çempionatına yollanmaya bilər
  • Dünya çempionatı
  • 23:58 27.02.2026
Bellinqem Dünya Çempionatına yollanmaya bilər
Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı