4 mart 2026. Çərşənbə

Nigeriya Misiri penaltilərdə məğlub edərək Afrika Kubokunda bürünc medallara sahib oldu


Nigeriya Misiri penaltilərdə məğlub edərək Afrika Kubokunda bürünc medallara sahib oldu

2025-ci il Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyun başa çatıb. Qarşılaşmada Misir və Nigeriya milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Mərakeşin Kasablanka şəhərində yerləşən “Məhəmməd V” stadionunda keçirilən görüşü yerli referi Cəlal Ciyed idarə edib. Əsas vaxtda tərəflər qol vura bilmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq olan Nigeriya millisi 4:2 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Penaltilər seriyasında Misir yığmasının hücumçusu Məhəmməd Salah zərbəni dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə 0:0 (penaltilər — 2:4), Misir isə Seneqala 0:1 hesabı ilə məğlub olub.

Afrika Millətlər Kuboku — 2025 Mərakeşdə keçirilir. Turnirdə ümumilikdə 24 milli komanda iştirak edib və yarış yanvarın 18-dək davam edəcək. Afrika Kubokunun hazırkı qalibi Kot-d’İvuar yığmasıdır.







Dünya çempionatı

Bellinqem Dünya Çempionatına yollanmaya bilər
  • Dünya çempionatı
  • 23:58 27.02.2026
Bellinqem Dünya Çempionatına yollanmaya bilər
Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı