20 yanvar 2026. Çərşənbə axşamı

“Hakimlər də səhv edə bilər, oyunun davam etməsini istədim”


“Hakimlər də səhv edə bilər, oyunun davam etməsini istədim”

Seneqal millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Sadio Mane Afrika Millətlər Kubokunun finalında Mərakeş yığmasına qarşı keçirilən oyunda (1:0) baş verən mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" futbolçunun dediklərini belə çatdırıb.

 “Hakimlər də insandır və səhv edə bilərlər. Onları ittiham etmək düzgün deyil. Ən əsası isə bunu bütün dünyadakı azarkeşlər üçün etdim – onlar oyunun sonuna qədər davam etməsini istəyirdilər”

Qarşılaşma zamanı Seneqalın qapısına təyin olunan penalti qərarından sonra baş məşqçi Pap Tiav komandanı meydandan çıxarmaq istəsə də, Mane futbolçuları geri qaytararaq oyunun davam etməsinə nail olub.

Qeyd edək ki, final qarşılaşmasında Seneqal millisinə qələbə əlavə vaxtda Pap Geeyənin vurduğu qolla qismət olub. Bu nəticə ilə Seneqal yığması tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi adını qazanıb.







Dünya çempionatı