7 mart 2026. Şənbə

Martines Ronaldonun millidəki rolundan danışdı


Martines Ronaldonun millidəki rolundan danışdı

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

 90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, ispaniyalı mütəxəssis bildirib ki, Ronaldonun millidəki rolu illər ərzində dəyişib:

“21 il əvvəl milliyə gələn Ronaldo ilə indiki Ronaldo eyni deyil. İndi o, daha çox mövqeyə bağlı hücumçudur. Bizim üçün o, hücumların tamamlayıcısıdır. Son 30 milli oyunda 25 qol vuran futbolçunun heyətdə olması əsl hədiyyədir”.

Martines vurğulayıb ki, Ronaldo meydanda rəqib müdafiəçiləri üzərinə çəkərək boş zonalar yaradır:

“O, cərimə meydançasında çox ağıllı hərəkət edir, müdafiəni yarır, komanda yoldaşları üçün imkanlar açır. Ronaldo cərimə meydançası oyunçusudur və biz onun güclü tərəflərindən maksimum istifadə etməliyik”.

Qeyd edək ki, Portuqaliya millisi yayda dünya çempionatında çıxış edəcək.







Dünya çempionatı

Bellinqem Dünya Çempionatına yollanmaya bilər
  • Dünya çempionatı
  • 23:58 27.02.2026
Bellinqem Dünya Çempionatına yollanmaya bilər
Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı