8 mart 2026. Bazar günü

UEFA və FİFA Trampın Qrenlandiya planlarından narahatdır


UEFA və FİFA Trampın Qrenlandiya planlarından narahatdır

UEFA və FİFA ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyi ilə bağlı ciddi narahatlıq keçirir.

 90deqiqe.Az-ın "The Independent"ə istinadən məlumata görə, məsələnin diqqətçəkən tərəfi hadisələrin ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının keçirildiyi ilə təsadüf etməsidir.

FİFA üçün əlavə başağrısı təşkilatın prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərinin olmasıdır. Bildirilir ki, ABŞ Qrenlandiya məsələsini güc yolu ilə həll etməyə qərar verərsə, FİFA Rusiyaya qarşı tətbiq olunan sanksiyalara bənzər futbol sanksiyaları tətbiq etmək məcburiyyətində qala bilər.

Funksionerləri xüsusilə narahat edən məqam Ukraynadakı münaqişə səbəbindən Rusiyanın dünya çempionatından kənarlaşdırılmasının federasiyalara Tramp və Qrenlandiya məsələsində manevr imkanları qoymamasıdır.

Qeyd edək ki, Rusiya komandaları artıq təxminən dörd ildir rəsmi beynəlxalq turnirlərdə iştirak etmir.







Dünya çempionatı

Bellinqem Dünya Çempionatına yollanmaya bilər
  • Dünya çempionatı
  • 23:58 27.02.2026
Bellinqem Dünya Çempionatına yollanmaya bilər
Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı