- Dünya çempionatı
- 23:22 22.01.2026
Tanınmış mütəxəssis Karlo Ançelotti gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az-ın "Globo Esporte"yə istinadən məlumata görə, Braziliya Futbol Konfederasiyası (CBF) italiyalı baş məşqçi ilə müqavilənin uzadılması barədə razılığa gəlib.
Gözlənilir ki, Ançelotti yeni müqaviləni fevral ayında imzalayacaq. Razılaşmaya əsasən, təcrübəli mütəxəssis Braziliya millisinin baş məşqçisi postunda 2030-cu il dünya çempionatının sonuna qədər çalışacaq.
Braziliya tərəfi yaxın dünya çempionatının nəticələrindən asılı olmayaraq Ançelotti ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Müqavilənin uzadılması ilə bağlı danışıqlar ötən ilin oktyabr ayında başlayıb və ilin sonuna doğru daha da intensivləşib. Hazırda yalnız bəzi bürokratik məsələlərin həlli qalır.