1 oktyabr 2026. Cümə axşamı

"Bu, dünyanın iki ən güclü millisinin qarşılaşmasıdır"


"Bu, dünyanın iki ən güclü millisinin qarşılaşmasıdır"

Martın 27-də Argentina və İspaniya milli komandaları Finalissima çərçivəsində qarşılaşacaq. Görüşdə Amerika Kubokunun qalibi ilə Avropa çempionu üz-üzə gələcək.

90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, qarşılaşma ilə bağlı Argentina millisinin sabiq üzvü Anxel Di Mariya açıqlama verib. Onun sözlərinə görə, bu duel futbolsevərlərə maraqlı anlar yaşadacaq:

“Bu, dünyanın ən güclü iki milli komandasıdır. Ümidvaram ki, Argentina qalib gələcək. Oyun baxımlı olacaq, çünki komandaların ritmi və oyun fəlsəfəsi oxşardır. Meydanda topa nəzarət uğrunda ciddi mübarizə gedəcək, çünki hər iki komanda eyni cür futbol oynayır”

Qeyd edək ki, 2022-ci ildə keçirilən Finalissimada Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib. Həmin oyunda Anxel di Mariya da adını tabloya yazdırmışdı.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər