1 oktyabr 2026. Cümə axşamı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"


"Ançelottinin gəlişi hər şeyi dəyişdi"

Braziliya millisinin vingeri Rafinya baş məşqçi Karlo Ançelottinin milli komandaya təsiri ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "Sofascore"yə istinadən məlumata görə, futbolçu italiyalı mütəxəssisin onu müsbət mənada təəccübləndirdiyini bildirib:

“Ançelotti məni çox təəccübləndirdi. Onun işləmə tərzi, futbolçulara bu qədər yaxın olması böyük fərq yaradır. Onun gəlişindən sonra komandada yenidən əlaqə qurmağa başladıq”

Xatırladaq ki, Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında qarşıdakı yay dünya çempionatında iştirak edəcək. Qrup mərhələsində “selesao”nun rəqibləri Mərakeş, Haiti və Şotlandiya olacaq. Braziliya yığması bu qrupun aşkar favoriti hesab olunur.

Qeyd edək ki, Braziliya millisi son dünya çempionatında mübarizəni 1/4 final mərhələsində dayandırmışdı.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər