1 oktyabr 2026. Cümə axşamı

İngiltərə millisi Tuxellə müqaviləni uzatdı


İngiltərə millisi Tuxellə müqaviləni uzatdı

İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Tomas Tuxellə müqaviləni uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, yeni razılaşmaya əsasən, o, yığmanı 2028-ci il Avropa çempionatının sonuna qədər çalışdıracaq.

Alman çalışdırcıı qərarla bağlı deyib: “İndiyədək keçirdiyim hər dəqiqədən zövq aldığım sirr deyil. İngiltərə ilə müqaviləmi uzatdığım üçün çox xoşbəxt və qürurluyam. Ölkəni qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik”.

52 yaşlı mütəxəssisin əvvəlki sözləşməsi 2026-cı il dünya çempionatından sonra başa çatmalı idi.

Qeyd edək ki, 2028-ci il Avropa çempionatının final mərhələsinə İngiltərə, Uels, Şotlandiya və İrlandiya Respublikası ev sahibliyi edəcək.

Entoni Barri, Enrike İlario, Niko Mayer və Ceyms Melburn 2028-ci ilin yayına qədər Tuxelin məşqçilər heyətində qalacaq.

Xatırladaq ki, Tuxelin rəhbərliyi altında İngiltərə millisi seçmə mərhələdə 8 oyunun hamısında qalib gələrək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər