25 iyun 2026. Cümə axşamı

Ançelottinin illik qazancı 40 milyon avroya çata bilər


Ançelottinin illik qazancı 40 milyon avroya çata bilər

Braziliya Futbol Konfederasiyası İtaliyalı mütəxəssis Karlo Ançelotti ilə yeni – dördillik müqavilə bağlamağı planlaşdırır.

90deqiqe.Az-ın "AS"a  istinadən məlumatına görə, yeni razılaşmaya əsasən, Ançelottinin illik məvacibi təxminən 40 milyon avro təşkil edəcək. Bu halda o, milli komandalar səviyyəsində dünyanın ən yüksəködənişli baş məşqçisi ola bilər.

Hazırkı müqavilədə əlavə olaraq bonus maddəsi də yer alıb. Belə ki, Braziliya yığması 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olacağı təqdirdə, italiyalı mütəxəssis 5 milyon avro mükafat əldə edəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin may ayından Braziliya millisinə rəhbərlik edir. O, bu müddətdə komanda ilə səkkiz oyuna çıxıb – dörd qələbə qazanıb, iki heç-heçə edib və iki məğlubiyyətlə üzləşib.

Təcrübəli çalışdırıcı karyerası ərzində "Milan", "Real Madrid", "Yuventus", PSJ, "Bavariya", "Everton" və "Napoli" komandaları çalışdırıb.







Dünya çempionatı

Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib
Munyos Kolumbiyaya qələbə qazandırdı
  • Dünya çempionatı
  • 09:10 24.06.2026
Munyos Kolumbiyaya qələbə qazandırdı
İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”