25 iyun 2026. Cümə axşamı

FİFA Meksikadakı pley-off oyunlarını təhlükəsizlik səbəbindən təxirə sala bilər


FİFA Meksikadakı pley-off oyunlarını təhlükəsizlik səbəbindən təxirə sala bilər

FIFA Meksikada keçirilməsi planlaşdırılan qitələrarası pley-off oyunlarını və bununla bağlı 2026-cı il Dünya Çempionatına vəsiqə qazanacaq komandaları müəyyənləşdirəcək matçları təxirə salmaq imkanını araşdırır.

90deqiqe.Az xəbər verir ki, həmçinin, ABŞ, Meksika və Kanadada 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək turnirin final mərhələsi də risk altında qala bilər. Bu barədə məlumatı "The Athletic" yayıb.

Bildirilir ki, oyunların təxirə salınması yalnız ekstremal hallarda nəzərdən keçiriləcək və bunun üçün həm təhlükəsizlik orqanlarının, həm də kommersiya tərəfdaşlarının ciddi narahatlıqları olmalıdır. Meksikada narkokartel rəhbərinin öldürülməsi səbəbilə etirazlar və qarışıqlıqlar davam edir. Cinayətkar qruplar hüquq-mühafizə orqanlarına müqavimət göstərir, nəticədə qarışıqlıq və atışmalar baş verir.

Dünya Çempionatına vəsiqə uğrunda keçiriləcək pley-off matçları Yamayka, Konqo və Yeni Kaledoniya milli komandaları arasında 26 – 31 mart tarixləri üçün nəzərdə tutulub. Məsələni mürəkkəbləşdirən amil on minlərlə azarkeşin artıq biletləri alması və hotellərdə rezervasiya etməsidir. Əgər oyunlar təxirə salınarsa, FIFA azarkeşlərə yaranan zərərləri kompensasiya etməli olacaq.







Dünya çempionatı

Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib
Munyos Kolumbiyaya qələbə qazandırdı
  • Dünya çempionatı
  • 09:10 24.06.2026
Munyos Kolumbiyaya qələbə qazandırdı
İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”