27 sentyabr 2026. Bazar günü

Dik Advokat məşqçilik karyerasını başa vurdu


Dik Advokat məşqçilik karyerasını başa vurdu

Niderland futbolunun tanınmış simalarından olan Dik Advokat məşqçilik karyerasını rəsmən başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə mütəxəssisin nümayəndəsi məlumat yayıb.

“Gələcəkdə yenidən işə qayıdacağıqmı? Böyük ehtimalla yox. Bu, karyeramızda son iş idi”, – deyə Kor Pot açıqlamasında bildirib.

Qeyd edək ki, 77 yaşlı çalışdırıcı məşqçilik fəaliyyətinə 1980-ci ildə başlayıb. 45 illik zəngin karyerası ərzində 20-dən artıq klub və milli komandada işləyib.

Təcrübəli mütəxəssisin son iş yeri Kurasao millisi olub. O, Karib hövzəsi təmsilçisini 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazandırmaqla karyerasını başa vurub.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər