25 iyun 2026. Cümə axşamı

İran millisi ABŞ-dakı Dünya Çempionatından imtina edə bilər


İran millisi ABŞ-dakı Dünya Çempionatından imtina edə bilər

İran milli komandası ABŞ-ın bölgədəki hərbi və siyasi təzyiqlərinə etiraz olaraq 2026-cı il dünya çempionatında iştirakdan imtina edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

28 fevral səhər saatlarında İsrail İranın bir sıra obyektlərinə “preemptiv zərbə” endirib. Bir neçə saat sonra ABŞ prezidenti Donald Tramp bölgədə genişmiqyaslı hərbi əməliyyatın başladığını açıqlayıb. İran tərəfi isə raket zərbələri ilə həm İsrailə, həm də ABŞ-ın regional bazalarına cavab verib.

İran millisi artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və G qrupunda yer alıb. Qrupda onun rəqibləri Belçika, Misir və Yeni Zelandiya komandaları olacaq. Qrup mərhələsinin bütün oyunları ABŞ ərazisində keçiriləcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu isə Argentina millisidir. 2022-ci il mundialının finalında Argentina ilə Fransa qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə başa çatdıqdan sonra penaltı seriyasında Argentina 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib
Munyos Kolumbiyaya qələbə qazandırdı
  • Dünya çempionatı
  • 09:10 24.06.2026
Munyos Kolumbiyaya qələbə qazandırdı
İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”