27 sentyabr 2026. Bazar günü

"ABŞ hücumları fonunda dünya çempionatına ümid çətindir"


"ABŞ hücumları fonunda dünya çempionatına ümid çətindir"

İran Futbol Federasiyasının prezidenti Mehdi Təc ölkə milli komandasının 2026-cı il dünya çempionatından çəkilə biləcəyi barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Marca" nəşri onun dediklərini belə çatdırıb.

"Bu gün baş verən hadisələr və ABŞ-ın hücumları fonunda dünya çempionatına ümidlə baxmaq çətindir. Lakin bu məsələdə qərarı idman qurumlarının rəhbərləri verməlidir"

İran milli komandası 2026-cı il Dünya Kubokuna vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq G qrupunda yer alıb. Komandanın hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılır.

2026-cı il Dünya Kuboku gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı dünya çempionudur. 2022-ci il Dünya Kubokunun finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Oyun əsas vaxtda 3-3 hesabı ilə başa çatıb, lakin Argentina penaltilər seriyasında qalib gəlib (4-2).







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər