5 mart 2026. Cümə axşamı

UEFA “Finallissima”nın yerini dəyişdirməyəcək


UEFA “Finallissima”nın yerini dəyişdirməyəcək

Martın 27-də Qətərdə hazırkı Avropa çempionu (İspaniya) və hazırkı Amerika Kubokunun sahibi (Argentina) arasında kubok döyüşü olan "Finalissima"nın keçirilməsi planlaşdırılır.

90deqiqe.Az xəbər verir ki, regionda davam edən hərbi əməliyyatlar səbəbindən oyunun başqa ölkəyə keçirilməsi ehtimalı müzakirə mövzusuna çevrilmişdi.

Lakin Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəsmi açıqlama yayıb. Qurum bildirib ki, hazırda oyunun alternativ yeri nəzərdən keçirilmir. Eyni zamanda UEFA qeyd edib ki, Qətər təşkilatçıları ilə əlaqələr davam edir və yekun qərar oyuna qədər veriləcək.

Finallissima, Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında trofey uğrunda keçirilən xüsusi oyun olaraq futbolsevərlər tərəfindən maraqla gözlənilir.







Dünya çempionatı

Bellinqem Dünya Çempionatına yollanmaya bilər
  • Dünya çempionatı
  • 23:58 27.02.2026
Bellinqem Dünya Çempionatına yollanmaya bilər
Dik Advokat məşqçilik karyerasını başa vurdu
  • Dünya çempionatı
  • 21:48 24.02.2026
Dik Advokat məşqçilik karyerasını başa vurdu
Dik Advokat Kurasao millisindən ayrıldı
  • Dünya çempionatı
  • 17:00 23.02.2026
Dik Advokat Kurasao millisindən ayrıldı