25 iyun 2026. Cümə axşamı

"Sane Almaniya yığması üçün çox vacib futbolçu ola bilər"


"Sane Almaniya yığması üçün çox vacib futbolçu ola bilər"

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann "Qalatasaray"da çıxış edən millinin üzvü Leroy Sanenin yığma üçün əhəmiyyətindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, Sane qarşıdakı oyunlarda komandada mühüm rol oynaya bilər.

Naqelsmannın sözlərinə görə, komanda heyətində onun oyun üslubuna malik futbolçular çox deyil:

“Onun profilinə uyğun oyunçularımız çox deyil. Leroy tez-tez sağ cinahdan mərkəzə doğru hərəkət edir. Əgər sağlamlığı imkan versə, o, bizim üçün çox vacib futbolçuya çevrilə bilər”.

Baş məşqçi həmçinin futbolçu ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb:

“Aramızda çox yaxşı münasibət var. Leroy bir neçə yaxşı oyun keçirib və hazırda "Qalatasaray" klubunda hər şey onun üçün yaxşı gedir”.

Naqelsmann əlavə edib ki, Sane bir qədər gözlənilməz oyun nümayiş etdirən futbolçudur:

“Açıq danışaq – biz heç vaxt 100 faiz əmin olmuruq ki, o, meydanda sonda nə göstərəcək”.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə 34 matçda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.







Dünya çempionatı

Bosniya və Herseqovina Qətərə qalib gəlib
  • Dünya çempionatı
  • 01:03 25.06.2026
Bosniya və Herseqovina Qətərə qalib gəlib
Munyos Kolumbiyaya qələbə qazandırdı
  • Dünya çempionatı
  • 09:10 24.06.2026
Munyos Kolumbiyaya qələbə qazandırdı
İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”