- Dünya çempionatı
- 22:38 14.03.2026
2026-cı ilin Finalissima matçı ləğv edilib.
90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən məlumatına görə, 27 mart 2026-cı il tarixində Qətərin "Lusail" stadionunda keçirilməsi planlaşdırılan matç Yaxın Şərqdəki vəziyyət səbəbindən ləğv olunub. Rəsmi açıqlama yaxın saatlarda yayımlanacaq.
Qətər Futbol Assosiasiyasının mətbuat xidməti əvvəllər bütün futbol turnirlərinin oyunlarını qeyri-müəyyən müddətə təxirə saldıqlarını açıqlamışdı.
Qeyd edək ki, oyun Argentina və İspaniya milli komandalar arasında keçirilməli idi.Argentina milli komandası oyunlarda dünya və Cənubi Amerika çempionu kimi iştirak etməli idi, İspaniya isə Avropa çempionu statusunu daşıyır.