24 iyun 2026. Çərşənbə

FİFA İranla bağlı məsələyə aydınlıq gətirdi


FİFA İranla bağlı məsələyə aydınlıq gətirdi

Beynəlxalq Futbol Federasiyasında (FİFA) İranla əlaqələrin davam etdirildiyi təsdiqlənib və 2026-cı il dünya çempionatı çərçivəsində bu komandanın oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi ilə bağlı iddialara münasibət bildirilib.  

90deqiqe.Az xəbər verir ki, qurumun nümayəndəsi bildirib ki, FİFA turnirin planlaşdırılması ilə bağlı bütün üzv assosiasiyalar, o cümlədən İranla daim əlaqə saxlayır:

“FİFA 2026-cı il dünya çempionatının təşkili məsələlərini müzakirə etmək üçün bütün iştirakçı assosiasiyalarla daimi təmasdadır. Qurum 6 dekabr 2025-ci ildə elan olunmuş oyun cədvəlinə uyğun olaraq bütün komandaların çıxış edəcəyinə ümid edir”.

Daha əvvəl İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bu cür müzakirələrin aparıldığını açıqlamışdı.

Qeyd edək ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələni uğurla keçərək G qrupunda yer alıb. Bu qrupda həmçinin Belçika, Misir və Yeni Zelandiya yığmaları mübarizə aparacaq.

İran yığması Yeni Zelandiya və Belçika ilə Los-Ancelesdə, Misirə qarşı isə Sietldə üz-üzə gəlməlidir.







Dünya çempionatı

İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"