20 mart 2026. Cümə

FİFA prezidenti İran yığmasının oyunlarının ABŞ-dan Meksikaya köçürülməsi imkanına münasibət bildirib


FİFA prezidenti İran yığmasının oyunlarının ABŞ-dan Meksikaya köçürülməsi imkanına münasibət bildirib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında İran yığmasının oyunlarının ABŞ-dan Meksikaya potensial köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Rob Harris funksionerin dediklərini belə çatdırıb.

“FİFA ümid edir ki, dünya çempionatında iştirak edən bütün komandalar ədalətli oyun və qarşılıqlı hörmət ruhunda mübarizə aparacaq. Bizdə oyun cədvəli var. Tezliklə 48 iştirakçı komanda təsdiqlənəcək və istəyirik ki, dünya çempionatı nəzərdə tutulan qrafik üzrə keçirilsin” 

İran yığması Asiyada seçmə mərhələdən keçərək qrup mərhələsinə yüksəlib və G qrupunda Bəlçika, Misir və Yeni Zelandiya ilə birgə mübarizə aparacaq. İran komandası Los-Ancelesdə Yeni Zelandiya və Bəlçika ilə, daha sonra isə Siətldə Misir ilə qarşılaşacaq.







Dünya çempionatı

Afrika Kuboku finalının qərarına rəsmi etiraz
  • Dünya çempionatı
  • 16:17 18.03.2026
Afrika Kuboku finalının qərarına rəsmi etiraz
Mərakeş Afrika Kubokunun qalibi elan olundu
  • Dünya çempionatı
  • 02:31 18.03.2026
Mərakeş Afrika Kubokunun qalibi elan olundu