4 may 2026. Bazar ertəsi

FİFA prezidenti İsrail komandalarının kənarlaşdırılmasını rədd etdi


FİFA prezidenti İsrail komandalarının kənarlaşdırılmasını rədd etdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino İsrail komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ideyasını rədd edib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Rob Harris funksionerin dediklərini belə çatdırıb.

“FİFA Nizamnaməsinin müvafiq maddələrinin şərhində nəzərə alındığı kimi, Qərb sahilinin yekun hüquqi statusu hələ həll edilməyib və bu, beynəlxalq hüquq kontekstində olduqca mürəkkəb məsələdir. Buna görə hər hansı tədbir görülməməlidir” 

Xatırladaq ki, bundan əvvəl Qəzza sektorundakı vəziyyətlə bağlı İsrail yığmasının kənarlaşdırılması çağırışları səslənmişdi.

Qeyd edək ki, 2022-ci ilin fevralından etibarən bütün Rusiya komandaları, o cümlədən milli komandalar, Ukraynada aparılan xüsusi hərbi əməliyyat səbəbindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"