7 may 2026. Cümə axşamı

Kyeza İtaliya millisinin heyətindən çıxarıldı


Kyeza İtaliya millisinin heyətindən çıxarıldı

“Liverpul” klubunun hücumçusu Federiko Kyeza 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarında İtaliya milli komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 28 yaşlı futbolçu tibbi müayinədən sonra milli komandanın heyətindən çıxarılıb – həkimlər onun oyuna hazır olmadığını müəyyən ediblər. “Liverpul” klubu ilə razılaşmaya əsasən, hücumçu Koverçanoda yerləşən milli komandanın düşərgəsini tərk edib və İngiltərəyə qayıtmalıdır.

Kyezanın əvəzinə baş məşqçi Cennaro Qattuzo “Bolonya” klubunun hücumçusu Nikolo Kambyagini komandaya dəvət edib.

Qeyd edək ki, martın 26-da İtaliya Berqamo şəhərində Şimali İrlandiya yığmasına qarşı 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off yarımfinalında çıxış edəcək.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı