- Dünya çempionatı
- 23:04 24.03.2026
İtaliyanın “Milan” klubunun amerikalı yarımmüdafiəçisi Kristian Pulişiç ABŞ futbolçularından ibarət simvolik Şöhrət Zalı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Pulişiç bu məsələyə yumorla yanaşaraq əvvəlcə öz namizədliyini irəli sürüb.
"Hmm, özümü də daxil edə bilərəmmi? Yaxşı, onda özümü də daxil edəcəyəm. Əlbəttə ki, Klint Dempseyi və Lendon Donovanı da seçərdim. Nəhayət, Ueston Makkenni; o, mənim dostumdur, ona görə də o da biri olsun", - "pianetamilan.it" amerikalı oyunçunun sözlərini sitat gətirir.
Xatırladaq ki, Kristian Pulişiç 2023-cü ildən "Milan"da oynayır.