24 iyun 2026. Çərşənbə

"Musiala istənilən an oyunun gedişatını dəyişə bilər"


"Musiala istənilən an oyunun gedişatını dəyişə bilər"

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubu və Almaniya milli komandasındakı komanda yoldaşı Camal Musial haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Camal "Bavariya" və Almaniya milli komandası üçün çox vacib oyunçudur. Hamımız onun tez sağalmasını ümid edirik. O, ötən yay çox ciddi zədə aldı. Əvvəlki səviyyəyə dərhal qayıtmaq asan deyil. Düşünürəm ki, o, oynadığı oyunlarda, xüsusən də start heyətində yaxşı çıxış etdi. O, xüsusi oyunçu olduğunu göstərdi. Hazırda "Bavariya"da yaxşı səviyyədə oynasaq da, bilirik ki, Camal meydanda olanda istənilən vaxt oyunun gedişatını dəyişə bilər. O, bizim üçün son dərəcə vacibdir, çünki futbolda nadir hallarda rast gəlinən keyfiyyətlərə malikdir"

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Musiala PSJ ilə keçirilən FIFA Klublararası Dünya Kuboku matçında fibula və bağ zədəsi almışdı. O, əməliyyat olunmuşdu və yalnız bu ilin əvvəlində meydana qayıtmışdı.







Dünya çempionatı

İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"