24 iyun 2026. Çərşənbə

"Ümid edirəm ki, Douman 2026-cı il Dünya Kubokuna getməyəcək"


"Ümid edirəm ki, Douman 2026-cı il Dünya Kubokuna getməyəcək"

“Arsenal”ın sabiq futbolçusu Teo Uolkott hesab edir ki, 16 yaşlı Maks Doumanı İngiltərə millisinin qarşıdakı dünya çempionatının heyətinə daxil etmək lazım deyil.

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Ümid edirəm ki, Douman 2026-cı il dünya çempionatına çağırılmayacaq. Mən burada mənfi bir məna nəzərdə tutmuram, lakin əgər keçmişə qayıda bilsəydim, taleyimi dəyişərdim. Özümə deyərdim: “Yox, yox, bunu etmə”. Amma bunu 17 yaşlı bir yeniyetməyə necə izah etmək olar? Yenə də hesab edirəm ki, bizim hallarımız fərqlidir, çünki o, Premyer Liqada oynayır, lakin onun tədricən yetişməsi lazımdır. O, mütləq bir gün milli komandaya düşəcək, amma hələ bunun üçün uyğun vaxt çatmayıb. İngiltərədə digər bir çox istedadlı vingerlər də var”

Qeyd edək ki, Uolkott özü 2006-cı il dünya çempionatına 17 yaşında İngiltərə milli komandası ilə yollanmışdı.

Əlavə edək ki, Maks Douman yaxın vaxtlarda İngiltərə Premyer Liqası tarixində ən gənc qol müəllifi olub.







Dünya çempionatı

İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"