29 iyun 2026. Bazar ertəsi

Ançelotti Neymarın dünya çempionatında iştirak şansını şərh etdi


Ançelotti Neymarın dünya çempionatında iştirak şansını şərh etdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymar barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" çalışdırıcının dediklərini belə çatdırıb.

“Dünya çempionatında Neymar? Mən hər şeyi görürəm, hər şeyi eşidirəm. Sonra qərarımı verməli olacağam. İnsanlar fikirlərini bildirə bilər – problem deyil. Hazırda Neymara çağırış etmədim, çünki o, hələ 100 faiz hazır deyil. Biz yalnız tam hazır futbolçulara ehtiyacımız var.”

Daha əvvəl Ançelotti  açıqlamasında mart toplanışına Neymarı çağırmadığını, lakin ulduz futbolçunun dünya çempionatında iştirak etmək şansının olduğunu bildirmişdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Braziliya milli komandası Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi