25 mart 2026. Çərşənbə

"Hamı mənim Braziliya milli komandasının liderlərindən biri olmağımı istəyir"


"Hamı mənim Braziliya milli komandasının liderlərindən biri olmağımı istəyir"

Ulduz hücumçu Vinisius Junior Braziliya millisindəki rolu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Real"da çıxış edən hücumçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, hamı mənim Braziliya millisinin liderlərindən biri olmağımı istəyir. Karyeramda qarşıma çıxan bütün çağırışlara hazıram. Mən artıq dünya çempionatında oynamışam və yenidən məğlub olmaq istəmirəm. Çox çalışmışam və zədə almaq istəmirəm. Komandamızda Rafinya, Joao Pedro, eləcə də gənc oyunçular – Endrik və Estevao var. Hamımız hazırıq. Hətta bir standart vəziyyətlə belə oyunun taleyini həll edə bilərik. Dünya çempionatları məhz belə qazanılır”, – deyə Vinisius mətbuat konfransında bildirib.

Braziliya millisi yayda dünya çempionatında iştirak edəcək. Qrup mərhələsində “seleçao” Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.







Dünya çempionatı

"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"