24 iyun 2026. Çərşənbə

FİFA ABŞ-da keçiriləcək Dünya Çempionatı iştirakçısı olan ölkələrin vətəndaşları üçün viza qaydalarından narahatdır


FİFA ABŞ-da keçiriləcək Dünya Çempionatı iştirakçısı olan ölkələrin vətəndaşları üçün viza qaydalarından narahatdır

FİFA 2026-cı il Dünya Kubokunda iştirak edən beş ölkənin vətəndaşları üçün viza qaydaları ilə bağlı narahatlığını bildirib.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, bu ölkələrin nümayəndələri ABŞ vizası almaq üçün depozit ödəməli olacaqlar.

Mənbənin məlumatına görə, çətinliklər Visa Bond pilot proqramı səbəbindən yaranıb. Bu proqram çərçivəsində ABŞ-a işgüzar və ya turist vizası ilə daxil olan 50 ölkənin vətəndaşı 10.000 ilə 15.000 dollar arasında depozit ödəməlidir və bu məbləğ viza müddəti bitməmişdən əvvəl ölkədən çıxdıqda geri qaytarılacaq. Proqramın əhatə etdiyi ölkələrə milli komandaları 2026-cı il Dünya Kubokuna vəsiqə qazanan Əlcəzair, Kabo-Verde, Seneqal və Kot-d'İvuar daxildir. 2 apreldən etibarən qaydalar Tunis vətəndaşlarına da şamil ediləcək.

Qeyd olunur ki, proqrama əsasən, beynəlxalq idman turnirlərinin iştirakçıları da daxil olmaqla, müəyyən kateqoriyalı vətəndaşlar üçün heç bir istisna nəzərdə tutulmayıb. Qaydalardan təsirlənən ölkələrin futbol federasiyaları ötən ay 2026-cı il Dünya Kubokuna hazırlıq üzrə seminarlarda müzakirə edilən vəziyyətdən narahatlığını bildiriblər.

FİFA Tramp administrasiyasını oyunçular, məşqçilər heyəti və Dünya Kubokunda iştirak edən komandaların işçiləri, eləcə də federasiya rəhbərləri və əsas sponsor heyəti üçün güzəşt etməyə inandırmağa çalışır.

FİFA depozitdən imtina üçün nümayəndə heyətlərinə rəsmi dəvətnamələrin əsas olmasını istəyir. ABŞ hakimiyyətinin FİFA-ya güzəşt etsə, güzəştin yalnız komanda üzvləri üçün veriləcəyi, oyunçuların qohumlarının və azarkeşlərin depoziti ödəməli olacağı gözlənilir.







Dünya çempionatı

İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"