24 iyun 2026. Çərşənbə

"Rodri və Subimendi birlikdə oynaya bilər"


"Rodri və Subimendi birlikdə oynaya bilər"

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente komanda daxilində Rodri və Martin Subimendinin rolları ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “qırmızı furiya”nın çalışdırıcısının sözlərinə görə, oxşar oyun keyfiyyətlərinə baxmayaraq, bu iki dayaq yarımmüdafiəçisi eyni anda da meydana çıxa bilər.

“Bizdə dünyanın ən yaxşı iki ‘altı nömrə’si var — Rodri və Subimendi. Mən irəli gedərək, sizə vermək istədiyiniz sualı qabaqlayıb cavablandırım: bəli, onlar birlikdə oynaya bilərlər. Biz iki dayaq yarımmüdafiəçisi ilə quruluşa da rahatlıqla müraciət edə bilərik. Onların rolları oxşardır, amma fərqli xüsusiyyətlərə malik iki ayrı futbolçudur. Eyni zamanda yadda saxlamaq lazımdır ki, əsas heyətdə cəmi 11 yer var. Onda siz məndən soruşacaqsınız: ‘Bəs Pedri, Fermin, Fabian Ruis necə olacaq?’”, — deyə de la Fuente "Metro"ya istinadən bildirib.

Martın 27-də İspaniya millisi Serbiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.







Dünya çempionatı

İngiltərə Qana səddini aşa bilmədi
  • Dünya çempionatı
  • 02:05 24.06.2026
İngiltərə Qana səddini aşa bilmədi
FİFA prezidenti Ronaldonu təbrik etdi
  • Dünya çempionatı
  • 01:18 24.06.2026
FİFA prezidenti Ronaldonu təbrik etdi
Neymar ən yaxşı fiziki formasına qayıtdı
  • Dünya çempionatı
  • 00:38 24.06.2026
Neymar ən yaxşı fiziki formasına qayıtdı
“İnsanlar unutmasın”
  • Dünya çempionatı
  • 00:31 24.06.2026
“İnsanlar unutmasın”
Didye Deşamın ailəsində ağır itki
  • Dünya çempionatı
  • 00:26 24.06.2026
Didye Deşamın ailəsində ağır itki
"Komandamı günahlandıra bilmərəm"
  • Dünya çempionatı
  • 00:06 24.06.2026
"Komandamı günahlandıra bilmərəm"