14 aprel 2026. Çərşənbə axşamı

“Məni çağırmaq üçün 15 hücumçu sıradan çıxmalıdır”


“Məni çağırmaq üçün 15 hücumçu sıradan çıxmalıdır”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yarımmüdafiəçi Tomas Mülleri yenidən yığmaya dəvət etsə, bu, ağılsızlıq olar.

90deqiqe.Az xəbər verir ki, bu barədə futbolçu özü 2026-cı ilin yayında keçiriləcək dünya çempionatında iştirak ehtimallarını dəyərləndirərkən danışıb.

“Milli komandaya qayıdış şansım nə qədərdir? Sıfır. Əgər baş məşqçi məni dünya çempionatına çağırsa, deməli, o, ağlını itirib. Bu halda onun ciddi problemləri var”, – deyə Müller bildirib.

Futbolçunun sözlərinə görə, onun yığmaya dəvət olunması üçün azı 15 hücumçu heyətdən kənarda qalmalıdır.

Qeyd edək ki, Müller 2025-ci ilin yayından etibarən “Vankuver” klubunda çıxış edir. O, daha əvvəl bütün karyerasını “Bavariya”da keçirib.







Dünya çempionatı

“Daha 4 il də oynaya bilərəm”
  • Dünya çempionatı
  • 00:53 14.04.2026
“Daha 4 il də oynaya bilərəm”
"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"