27 sentyabr 2026. Bazar günü

Türkiyə millisi Rumıniyanı məğlub edərək finala yüksəldi


Türkiyə millisi Rumıniyanı məğlub edərək finala yüksəldi

Türkiyə futbol millisi 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off turunun yarımfinalında Rumıniya yığmasını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, gərgin və mübarizəli keçən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə Türkiyə millisi üstünlüyü ələ alıb. Oyunun 53-cü dəqiqəsində Ferdi Kadıoğlu rəqib qapısından keçərək komandasını önə çıxarıb.

Matçın qalan hissəsində hər iki tərəf təhlükəli hücumlar təşkil etsə də, hesab dəyişməyib. Beləliklə, minimal hesablı qələbə qazanan Türkiyə millisi pley-off mərhələsinin finalına vəsiqə əldə edib.

Türkiyə yığmasının finaldakı rəqibi Slovakiya – Kosovo cütünün qalibi olacaq. Həlledici qarşılaşma martın 31-də səfərdə keçiriləcək.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər