27 mart 2026. Cümə

İtaliya dünya çempionatına bir addım da yaxınlaşdı


İtaliya dünya çempionatına bir addım da yaxınlaşdı

2026-cı il dünya çempionatına vəsiqə uğrunda A yolunun yarımfinal keçid oyununda İtaliya milli futbol komandası ilə Şimali İrlandiya milli futbol komandası qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş Berqamo şəhərində yerləşən "Ceviss – Atleti Adzurri d’İtaliya" stadionu stadionunda keçirilib. Oyunun baş hakimi Dani Makeli olub. Qarşılaşma İtaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 56-cı dəqiqəsində Sandro Tonali hesabı açıb. 80-ci dəqiqədə isə hücumçu Moyze Kin fərqi artıraraq komandasının qələbəsini möhkəmləndirib.

Keçid oyunlarının finalında İtaliya millisi Uels – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun martın 31-də keçiriləcək.

Qeyd edək ki, hazırda dünya çempionu **Argentina milli futbol komandası**dır. Komanda 2022-ci il dünya çempionatının finalında Fransa milli futbol komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatsa da, penaltilər seriyasında Argentina millisi 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.







Dünya çempionatı