- Dünya çempionatı
- 02:56 27.03.2026
2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off mərhələsinin yarımfinal oyununda Ukrayna milli futbol komandası ilə İsveç milli futbol komandası qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, görüş İspaniyanın Valensiya şəhərində yerləşən "Syuadad de Valensiya" stadionu stadionunda keçirilib. Oyunun baş hakimi portuqaliyalı Joau Pedru Pinheyru olub. Qarşılaşma İsveç millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu İsveç millisinin hücumçusu Viktor Dyökeres 6-cı dəqiqədə vurub. O, 51-ci dəqiqədə ikinci qolunu vurub. 73-cü dəqiqədə isə Dyökeres üçüncü qolu vuraraq het-trik edib. Ukrayna millisinin yeganə qolunu 90-cı dəqiqədə Matvey Ponomarenko vurub və matçın yekun hesabını müəyyənləşdirib – 3:1.
Beləliklə, İsveç millisi pley-off mərhələsinin finalına yüksəlib və burada Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq. Ukrayna millisi isə turnirlə vidalaşıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırda dünya çempionu **Argentina milli futbol komandası**dır. Argentina millisi 2022-ci il dünya çempionatının finalında Fransa milli futbol komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatsa da, penaltilər seriyasında Argentina millisi 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.