27 mart 2026. Cümə

Polşa millisi Albaniyanı məğlub edib finala yüksəldi


Polşa millisi Albaniyanı məğlub edib finala yüksəldi

 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off oyununda Polşa milli futbol komandası ilə Albaniya milli futbol komandası qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, meydan sahibləri oyunda 2:1 hesablı qələbə qazanıblar.

Oyunun birinci hissəsində Polşa millisi erkən qol vurmağa çalışsa da, buna nail ola bilməyib. Albaniya millisi isə fasiləyə az qalmış hesabı açıb. Qonaqların sağ cinahdan irəli ötürməsindən sonra Ernest Hoca vəziyyətdən yaxşı istifadə edərək topu qapıdan keçirib.

63-cü dəqiqədə hesab bərabərləşib. Polşa millisinin künc zərbəsindən sonra top uzaq dirək yaxınlığına göndərilib, topa birinci çatan Robert Levandovski komandasına vacib qol qazandırıb.

Polşa millisi qələbə qolunu 73-cü dəqiqədə vurub. Həlledici qola Pyotr Zelinski imza atıb.

Beləliklə, Polşa millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda həlledici oyunda İsveç milli futbol komandası ilə qarşılaşacaq.







Dünya çempionatı