27 mart 2026. Cümə

Türkiyənin pley-off finalındakı rəqibi bəlli oldu


Türkiyənin pley-off finalındakı rəqibi bəlli oldu

2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off oyununda Slovakiya milli futbol komandası ilə Kosovo milli futbol komandası qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, gərgin keçən oyunda Slovakiya millisi 3:4 hesabı ilə məğlub olub.

Slovakiya millisi artıq 6-cı dəqiqədə hesabı açaraq azarkeşlərini sevindirib. Sağ cinahdan cərimə zərbəsindən sonra Lukaş Qaraslin topu qapı qarşısına ötürüb, Valyent isə başla topu qapının yuxarı hissəsinə göndərib. Lakin qonaqlar qısa müddət sonra hesabı bərabərləşdiriblər. Kosovo millisində Hoca fərqlənib.

Birinci hissənin sonlarına yaxın Slovakiya yenidən hesabda önə keçib. Bu dəfə Qaraslin sol cinahdan cərimə zərbəsindən birbaşa uzaq küncə zərbə vuraraq qol müəllifi olub.

İkinci hissənin əvvəlində Kosovo millisi yenidən hesabı bərabərləşdirib. Sol cinahdan ötürmədən sonra Mërgim Voyvoda topu qapı qarşısına göndərib, Kristian Asllani isə başla topu uzaq yuxarı küncə vurub.

Bundan sonra Kosovo millisi daha iki qol vurub. Komandada Florent Muslija və Hajrizi fərqləniblər.

Slovakiya millisi əlavə olunmuş vaxtda David Streleçin dəqiq zərbəsi ilə hesab arasındakı fərqi azaltsa da, meydan sahibləri məğlubiyyətdən xilas ola bilməyiblər.

Qeyd edək ki, Kosova seçməsi pley-off finalında Türkiyə millisi ilə qarşılaşacaq.







Dünya çempionatı