29 iyun 2026. Bazar ertəsi

Bosniya penaltilər seriyasında Uelsi məğlub edərək finala yüksəldi


Bosniya penaltilər seriyasında Uelsi məğlub edərək finala yüksəldi

2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off yarımfinalında Uels milli futbol komandası ilə Bosniya və Herseqovina milli futbol komandası üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, oyunun favoriti aydın olmasa da, ev sahibi meydan üstünlüyü Uels millisinə müəyyən üstünlük verirdi.

İlk hissədə azarkeşlər çox qol imkanı görməyib – hər iki tərəf səhvə yol verməməyə çalışırdı. Oyunun ikinci hissəsinin əvvəlində isə Daniyel Ceyms Uelsi hesabda irəli çıxarıb. Bosniya komandası isə 86-cı dəqiqədə hesabı bərabərləşdirib. Təcrübəli hücumçu Edin Ceko, 40 yaşında olmasına baxmayaraq, künc zərbəsindən gələn topu başla dəqiq qapıya göndərərək oyunu 1:1 vəziyyətinə gətirib.

Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penalti seriyası ilə müəyyənləşib. Seriyada 4:3 hesabı ilə Bosniya milli futbol komandası üstün olub. Beləliklə, Bosniya millisi finala yüksələrək 31 mart tarixində İtaliya milli futbol komandası ilə dünya çempionatına vəsiqə uğrunda qarşılaşacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi