1 oktyabr 2026. Cümə axşamı

Subimendi Misirlə oyunu buraxacaq


Subimendi Misirlə oyunu buraxacaq

İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi Misirə qarşı keçiriləcək yoldaşlıq görüşündə komandaya kömək edə bilməyəcək.  

90deqiqe.Az-ın məlumatına görə, millinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Futbolçu sağ dizində narahatlıq hiss edir. Riskə yol verməmək üçün onun heyətdən çıxarılması qərara alınıb.

Hadisə ilə bağlı bütün detallar "Arsenal" klubunun tibbi heyətinə də çatdırılıb.

Qeyd edək ki, qarşılaşma martın 31-də Qətərda baş tutacaq.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Subimendi İspaniya millisinin heyətində indiyədək 25 oyunda meydana çıxıb və 3 qol vurub.

Cari mövsümdə klub səviyyəsindəki çıxışlarına gəlincə, o, 44 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər