1 oktyabr 2026. Cümə axşamı

“67 milyon fransız üçün oynayacağıq”


“67 milyon fransız üçün oynayacağıq”

Madrid “Real”ının və Fransa millisinin mərkəz hücumçusu Kilian Mbappe qarşıdan gələn dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "FOX Deportes" futbolçunun dediklərini belə çatdırıb.

“Biz dünya çempionatında çıxış etməyin nə demək olduğunu bilirik – bu, çox çətindir. Böyük emosional təzyiq hiss edirik. Bilirik ki, arxamızda bütöv bir ölkə dayanır. Biz 67 milyondan çox fransalı üçün oynayacağıq”, – deyə futbolçu bildirib.

Mbappe əlavə edib ki, Fransa millisi mundiala sakit və inamlı şəkildə yanaşır və əsas məqsəd titul qazanmaqdır.

Qrup mərhələsində Didye Deşamın rəhbərlik etdiyi kollektiv Norveç və Seneqal yığmaları ilə qarşılaşacaq. Fransa millisinin üçüncü rəqibi isə İraq və Boliviya komandaları arasında keçiriləcək pley-off oyununun nəticəsinə əsasən müəyyənləşəcək.

 







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər