1 oktyabr 2026. Cümə axşamı

“Ronaldo olmadan Portuqaliya adi komandadır”


“Ronaldo olmadan Portuqaliya adi komandadır”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin Meksika yığması ilə keçirilən yoldaşlıq oyunundakı (0:0) çıxışını dəyərləndirib və hücumçu Kriştiano Ronaldonun yoxluğuna münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Mourinyo qeyd edib ki, Ronaldonun olmaması komandanın oyununa ciddi təsir göstərir:

“Əgər Kriştianu Ronaldonu çıxarsanız, Portuqaliya adi bir komandaya çevrilər. İnsanlar daim onun milliyə çağırılmamasını istəyir. Bu gün o oynamadı və nəticəni gördünüz. Heç bir təhlükə yox idi, rəqib üzərində heç bir təzyiq hiss olunmurdu. Sadəcə, Meksikanın təzyiqi altında qalan bir komanda idi. Ronaldo meydanda olanda rəqiblər iki dəfə düşünür. O olmayanda isə ümumiyyətlə düşünmürlər”.

Qeyd edək ki, Ronaldo arxa bud əzələsindəki zədə səbəbindən yoldaşlıq oyunları üçün millinin heyətinə daxil edilməyib. Cari mövsümdə hücumçu bütün turnirlərdə 31 oyunda iştirak edib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər