14 may 2026. Cümə axşamı

Joao Pedro özünü Vinisius və Rafinyayla eyni sırada gördü


Joao Pedro özünü Vinisius və Rafinyayla eyni sırada gördü

“Çelsi”nin hücumçusu Joao Pedro öz səviyyəsini yüksək qiymətləndirib.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, braziliyalı futbolçu ölkəsinin hazırkı milli komandasındakı ulduz oyunçular barədə danışarkən öz adını da onların sırasında qeyd edib.

“Əvvəllər Ronaldo, Ronaldinyo, Romario kimi məşhur futbolçular var idi. Lakin bu gün də Braziliyada yüksək səviyyəli oyunçular var. Vinisius Madridin “Real” klubunda, Rafinya "Barselona"da, mən və Estevao isə “Çelsi”də çıxış edirik”

Qeyd edək ki, Braziliya millisi çərşənbə axşamından çərşənbəyə keçən gecə Xorvatiya yığmasına qarşı yoxlama oyunu keçirəcək.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı