1 oktyabr 2026. Cümə axşamı

"Dünya çempionatını az qol buraxan komanda qazanır”


"Dünya çempionatını az qol buraxan komanda qazanır”

Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi dünya çempionatına hazırlığını davam etdirir.

 90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis hesab edir ki, mundialda uğur qazanmaq üçün hücumdan daha çox müdafiə oyunu həlledici rol oynayır:

“Dünya çempionatını ən çox qol vuran yox, ən az qol buraxan komanda qazanır”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, çərşənbə axşamından çərşənbəyə keçən gecə Braziliya milli komandası yoldaşlıq görüşündə Xorvatiya milli komandası ilə üz-üzə gələcək.

Əlavə edək ki, Braziliya milli komandası qrup mərhələsində Mərakeş milli komandası, Haiti milli komandası və Şotlandiya milli komandası ilə qarşılaşacaq.

Onu da xatırladaq ki, Braziliya millisi tarixində 5 dəfə dünya çempionatının qalibi olub. Komanda sonuncu dəfə bu uğura 2002-ci ildə imza atıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər