1 oktyabr 2026. Cümə axşamı

Qana millisinin baş məşqçisi istefaya göndərildi


Qana millisinin baş məşqçisi istefaya göndərildi

Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb.

90deqiqe.Az-ın Qana Futbol Assosiasiyasına (GFA) istinadən məlumatına görə, 50 yaşlı mütəxəssislə yolların ayrılmasına yığmanın mart ayında uğursuz çıxışı səbəb olub.

Belə ki, Qana millisi yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olub. Komanda ümumilikdə son dörd oyunda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, 2024-cü ilin martından yığmaya rəhbərlik edən Otto Addo DÇ-2026-ya təxminən 10 həftə qalmış postunu itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər