16 may 2026. Şənbə

Yaponiya “Uembli”də İngiltərəni məğlub etdi


Yaponiya “Uembli”də İngiltərəni məğlub etdi

İngiltərə və Yaponiya milliləri arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüşdə 1:0 hesablı qələbəni Yaponiya yığması qazanıb. Qarşılaşma London şəhərində yerləşən “Uembli” stadionunda baş tutub. Oyunun baş hakimi Şotlandiyadan olan Nik Uolş olub.

Matçdakı yeganə qolu 23-cü dəqiqədə Kaoru Mitoma vurub.

2026-cı il dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq. Yaponiya yığması isə qrup mərhələsində Niderland, Tunis və hələ müəyyənləşməyən digər komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı

Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi