- Dünya çempionatı
- 01:54 01.04.2026
İsveç və Polşa milliləri arasında 2026-cı il dünya çempionatına vəsiqə uğrunda B yolu üzrə final pley-off oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Stokholm şəhərində yerləşən “Stroberri Arena”da keçirilən qarşılaşma İsveç millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə sayəsində skandinavlar mundiala vəsiqə qazanıblar.
Hesabı ilk hissənin ortalarında meydan sahiblərinin cinah oyunçusu Entoni Elanqa açıb. 33-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Nikola Zalyevski tarazlığı bərpa edib. 44-cü dəqiqədə İsveç millisinin müdafiəçisi Qustaf Lagerbyelke komandasını yenidən önə keçirib.
İkinci hissədə, 55-ci dəqiqədə polşalı hücumçu Karol Sviderski hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Viktor Gyökeres qoyaraq İsveçə qələbə qazandırıb.
Yarımfinal mərhələsində İsveç millisi Ukraynanı 3:1 hesabı ilə məğlub edib. Polşa isə Albaniyanı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, hazırkı dünya çempionu Argentinadır. 2022-ci il finalında Argentina və Fransa qarşılaşmış, əsas vaxt 3:3 hesabı ilə başa çatdıqdan sonra penaltilər seriyasında cənubi amerikalılar 4:2 hesabı ilə qalib gəlmişdi.